"Sumqayıt" özbəkləri məğlub etdi

19:38 - 16 Yanvar 2024

"Sumqayıt" bu gün Antalyada sonuncu yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Samir Abasovun yetirmələri Özbəkistan təmsilçisi "Soqdiana" üzərində 3:1 hesablı qələbə qazanıb. Azərbaycan təmsilçisinin qollarına İsa Suliman, Rövlan Muradov və Kamran Quliyev imza atıb.

Bununla da "Sumqayıt"ın Antalya toplanışı başa çatıb. Komanda sabah səhər saatlarında Vətənə geri dönəcək

Qeyd edək ki, "Sumqayıt" Antalyada keçirdiyi ilk hazırlıq matçında Rumıniyanın “Hermanştadt” klubuna 0:3 hesabı ilə məğlub olub.

Xəbər xətti