"Neftçi"nin hücumçusu: "Məqsədimiz hər oyunda qələbə qazanmaqdır"

17:54 - 17 Yanvar 2024

"Neftçi"nin hücumçusu Andre Şinyaşiki Sportal.az saytına müsahibə verib. Braziliyalı futbolçu 10 günlük Antalya təlim-məşq toplanışını dəyərləndirib:

- Son yoxlama görüşündə "Valdhof"a məğlub olduz. Matç haqda təəssüratların necədir?

- Oyun heç də istədiyimiz kimi olmadı. Bu, yoxlama matçı idi. Amma buna baxmayaraq, daha da yaxşı çıxış etməli idik. Artıq bu oyun geridə qaldı. Çalışacağıq ki, çempionatın qarşıdakı matçına köklənək.

- 10 günlük Antalya toplanışını necə dəyərləndirirsən?

- Ümumi olaraq hazırlığın yaxşı keçdiyini deyərdim. Toplanış pozitiv idi. Çalışmalıyıq ki, bu pozitivliyi Premyer Liqada göstərək.

- Yeni baş məşqçinin oyun sisteminə uyğunlaşma prosesi necə gedir?

- Normaldır. Əlbəttə biz hamımız peşəkar futbolçularıq. Buna görə maaş alırıq. Hər məşqçinin tələbləri nədirsə, tez bir zamanda ona uyğunlaşmalıyıq.

- İkinci yarıda fərqli Şinyaşiki görəcəyik?

- Bəli. Mənim də məqsədim elə budur.

- Qarşıda "Sabah"la matç var. Gözləntilərin nədir?

- Çətin oyun olacaq. Amma Bizim məqsədimiz hər matçda qələbə qazanmaqdır. 3 xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Elçin Əlixan

Xəbər xətti