"Qalatasaray" yapon ulduzun transferini yekunlaşdırır

11:57 - 18 Yanvar 2024

Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki. İstanbul təmsilçisi "Latsio"dan Dayçi Kamadanın transferini yekunlaşdırmaq üzrədir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar"ın keçidi yaxın günlərdə tamamlayacağı gözlənilir.

Qeyd edək ki, Dayçi Kamada mövsümün əvvəlində "Ayntraxt"la müqaviləsi bitdikdən sonra azad agent statusu ilə "Latsio"ya keçib. Yapon vinger İtaliya təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti