"Napoli"dən 20 milyon avroluq transfer

10:06 - 20 Yanvar 2024

İtaliyanın "Napoli" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, son ölkə çempionu  "Verona"dan Siril Nqonqeni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Neapol təmsilçisi 23 yaşlı vinger üçün onun klubuna 20 milyon avro təzminat ödəyib. Futbolçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, "Verona" Siril Nqonqeni ötən ilin yanvar ayında "Qroningem"dən transfer etmişdi. Belçikalı ön xətt oyunçusu bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti