"Turan Tovuz"un sabiq hücumçusu Çin klubunda

11:53 - 20 Yanvar 2024

"Turan Tovuz"un sabiq futbolçusu Runi Eva karyerasını Çin Super Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "ÇSKA 1948"in hücumçusu "Meyçyou Hakka"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat verib.

Çinlilər 27 yaşlı forvard üçün Bolqarıstan klubuna 120 min avro təzminat ödəyib. Oyunçu ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Runi Eva 2022/2023 mövsümünü "Turan Tovuz"da keçirib. Kamerunlu hücumçu 2023-cü ilin yayında azad agent statusu ilə "ÇSKA 1948"ə keçmişdi. O. komandanın hehyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti