Rusiya klubunun qolkiperi Azərbaycan millisində oynamaq istəmədi

15:17 - 24 Yanvar 2024

Bir müddət əvvəl AFFA-nın milliləşdirmək üçün maraqlandığı Vitali Qudiyev Azərbaycan yığmasında oynamaq istəməyib.

Sportal.az saytına verilən məlumata görə, “Fakel”in 28 yaşlı qolkiperi Rusiya millisində oynamaq istəyində olduğu üçün millimizdə çıxış etmək təklifinə müsbət yanaşmayıb. 

"Alaniya"nın yetirməsi olan Vitali “Axmat” və “Ximki”nin də qapısını qoruduqdan sonra 2023-cü ildə “Fakel”ə(Voronej) keçib. O, Rusiyanın U-17 və U-21 yığmalarının sabiq qapıçısıdır.

Qeyd edək ki, Vitali Azərbaycan millisinin sabiq qapıçısı olan Kazimir Qudiyevin oğludur. 
 

Xəbər xətti