"Qalatasaray"ın futbolçusu "Bavariya" ilə razılaşdı

11:53 - 26 Yanvar 2024

"Qalatasaray"ın futbolçusu Saşa Boe karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, fransalı sağ cinah müdafiəçisinin xidmətində "Bavariya" maraqlıdır. Bu barədə Fabritsio Romano məlumat yayıb.

23 yaşlı futbolçu Münhen təmsilçisi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında isə hələ ki, anlaşma yoxdur.

"Bavariya" Boe üçün "Qalatasaray"a 15 milyon avro və bonuslar təklif edib. İstanbul təmsilçisi isə oyunçusunu 30-35 milyon avroya satmağı planlaşdırır. Tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, "Qalatasaray" Saşa Boeni 2021-ci ilin yayında "Renn"dən transfer edib. Arxa xətt oyunçusu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol vurub. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Xəbər xətti