Millimizin üzvü: "Ümidvaram ki, Yunanıstandakı karyeram da yaxşı alınacaq"

14:17 - 5 Fevral 2024

Yunanıstanın “Olimpiada” klubuna keçən Azərbaycan millisinin üzvü Vüsalə Seyfətdinova Sportal.az saytına açıqlama verib. 

Son olaraq, Türkiyədə “Fomget” klubunda oynamış yarımmüdafiəçi Yunanıstana keçid etməsinə aydınlıq gətirib:

“PAOK-dakılar məni tanıyırdı. Bu komandaya keçə bilərdim. Sadəcə orada legionerlərlə bağlı limit dolmuşdu deyə, alınmadı. Sonda “Olimpiada”ya keçidə razılıq verdim. Türkiyədən ayrılmağıma gəlincə, mənim məqsədim Avropa komandalarında çıxış etməkdir. Yeni mövsüm üçün Türkiyə Superliqasında qalmağı planlaşdırmırdım. Hazırda Yunanıstandayam və çalışacam ki, komanda üçün ən yaxşısını edim”.

Qadınlardan ibarət yığma komandamızın aparıcı üzvü yeni komandasının durumundan da söz açıb:

“Bir həftədən bir az çoxdur ki, buradayam. Hər şey yaxşıdır, məni narazı salan nəsə yoxdur. Doğrudur, turnir cədvəlində aşağı pillələrdəyik. Lakin klub rəhbərliyi yaxşı şərait yaradıb. Çalışacağıq ki, daha yaxşısını edək, turnir cədvəlində yüksələk. Ümidvaram ki, Yunanıstandakı karyeram da yaxşı alınacaq”.

Mirbağırağa

Xəbər xətti