"Turan Tovuz" komanda yoldaşını vuran futbolçu ilə yollarını ayırdı - RƏSMİ

20:08 - 6 Fevral 2024

"Turan Tovuz" futbolçusu Budaq Nəsirovla yolları ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Budaq Nəsirov bu mövsüm "Turan Tovuz"un əsas komandasının heyətində 3 oyunda meydana çıxıb. Yarımmüdafiəçi əvəzedici komandanın heyətində "Səbail-2" ilə keçirilən görüşdə (5:1) komanda yoldaşı Elxan Qasımovu vurduğu üçün 4 oyunluq cəzalandırılmışdı.

Xəbər xətti