Millimizin sabiq futbolçuları məşqçilik kursunda

20:31 - 6 Fevral 2024

AFFA-nın təşkilatçılığı ilə UEFA B kursunun birinci mərhələsi başlayıb.

Sportal.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində baş tutan məşğələ fevralın 8-dək davam edəcək.

Kurs AFFA Təhsil proqramının rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovun iştirakı ilə keçirilir. Məşğələdə Azərbaycan millisinin sabiq futbolçuları Vüqar Nadirov və Elvin Məmmədov də iştirak edirlər.

UEFA B kursunun ikinci modulu martın 4-7-si aralığında keçiriləcək.

Xəbər xətti