"Sumqayıt" - "Turan Tovuz" matçının biletləri satışda

17:54 - 15 Fevral 2024

“Sumqayıt” – “Turan Tovuz” matçına bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, 18 fevral, saat 15:30-da keçiriləcək qarşılaşmaya biletləri onlayn olaraq iTicket.az saytından, fiziki formada 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyuna bir gün qalmış və oyun günü isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.

Bilet almaq üçün keçid:

https://iticket.az/.../sumqayit-fk-turan-tovuz-pfk/110896

Xəbər xətti