Ramilin baş məşqçisi istefaya göndərildi - RƏSMİ

16:50 - 19 Fevral 2024

Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor"da baş məşqçi ayrılığı gerçəkləşib.

Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Ərtuğrul Sağlamla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Körfəz təmsilçisi 54 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Ərtuğrul Sağlam mövsümün əvvəlində "Kocaelispor"un baş məşqçisi təyin olunmuşdu. Komanda I Liqada 23 turdan sonra 43 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər xətti