"Fənərbaxça" bu futbolçuya 35 milyon TL təklif edəcək

15:25 - 21 Fevral 2024

"Fənərbaxça" mövsümün sonunda klubla müqaviləsi başa çatan Mert Hakan Yandaşla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalamaq istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

Klub təcrübəli futbolçuya illik 35 milyon TL maaş olmaqla 3+1 illik müqavilə təklif edəcək.

Qeyd edək ki, "Fənərbaxça" Mert Hakan Yandaşı 2020-ci ilin yayında "Sivasspor"dan transfer edib. Türk oyunçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti