Premyer Liqanın ulduzları Benzemanın komanda yoldaşı ola bilər

12:53 - 23 Fevral 2024

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu yayda heyətini məşhur futbolçularla gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, Asiya təmsilçisi "Liverpul"dan Məhəmməd Salah, "Tottenhem"dən isə Hın-Min Sonu transfer etməkdə maraqlıdır. Bu barədə İngiltərə nmətbuatı məlumat yayıb.

Ərəblər mövsüm bitdikdən sonra hər iki oyunçu üçün onların klubları ilə danışıqlara başlayacaq.

Qeyd edək ki "Əl-İttihad"da Kərim Benzema və Nqolu Kante çıxış edir.

Xəbər xətti