Mauro İkardiyə cəza verildi

15:50 - 26 Fevral 2024

"Qalatasaray"ın hücumçusu Mauro İkardi cəzalandırılıb.

Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi argentinalı forvarda 1 oyunluq cəza verib. Bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.

İkardi Super Liqanın 26-cı turunun "Ankaragücü" ilə səfər matçında azarkeşlərə etdiyi jestə görə diskfalifikasiya olunub. 31 yaşlı futbolçu bu gün keçiriləcək "Antalyaspor"la görüşdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti