Şahruddinin komandasında qalmaqal: Ulduz futbolçu qovuldu

17:58 - 26 Fevral 2024

Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"da qalmaqal yaşanıb.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Mario balotelli əsas komandadan qovulub.

Adana təmsilçisi ölkə çempionatının 27-ci turunda səfərdə "Trabzonspor"a 0:1 hesabı ilə məğlub olub. Komanda Trabzondan qayıdarkən Balotelli klubun vitse-prezidenti Gökhan Göktürklə mübahisə edib. Buna görə də ulduz futbolçu cəzalandırılıb.

Qeyd edək ki, Mario Balotelli bu mövsüm "Adana Demirspor"un heyətində meydana çıxdığı 8 matçda 4 qol vurub.

Xəbər xətti