İstanbul klubu baş məşqçisini istefaya göndərdi

17:53 - 27 Fevral 2024

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Pendikspor" İvo Vieyra ilə yollarını ayırıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

Portuqaliyalı məşqçi 2023-cü ilin oktyabr ayından "Pendikspor"u çalışdırırdı. İstanbul təmsilçisi Super Liqada 27 turdan sonra 26 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

"Pendikspor"un baş məşqçi postuna İbrahim Üzülməzi gətirəcəyi gözlənilir.

Xəbər xətti