"Çelsi" növbəti baş məşqçi dəyişikliyinə hazırlaşır

19:16 - 27 Fevral 2024

"Çelsi" rəhbərliyi baş məşqçi Maurisio Poçettinonun işindən narazıdır.

Sportal.az xəbər verir ki, London təmsilçisi argentinalı mütəxəssislə yollarını ayıra bilər. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Ölkə kubokunun finalında "Liverpul"a məğlubiyyət rəhbərliyi narazı salıb.

"Çelsi" artıq yeni baş məşqçi postu üçün namizədi müəyyənləşdirib. Paytaxt klubu hazırda "Sportinq"i çalışdıran Ruben Amorimi komandaya gətirmək istəyir.

Qeyd edək ki, Maurisio Poçettino 2023-cü ilin yayında "Çelsi"nin baş məşqçisi postuna təyin olunub. "Mavilər" Premyer Liqada 25 turdan sonra 35 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti