"Liverpul"u "Ayaks"a dəyişəcək

14:09 - 28 Fevral 2024

Niderlandın "Ayaks" klubunda mövsümün sonunda baş məşqçi dəyişikliyi gerçəkləşəcək.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisi yayda Con van ’t Sxipi istefaya göndərəcək. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

60 yaşlı məşqçini kimin əvəzləyəcəyi də məlumdur. Onu hazırda "Liverpul"da Yürgen Kloppun köməkçisi vəzifəsində çalışan Pepeyn Leynders əvəz edəcək.

Qeyd edək ki, Leynders 2018-ci ilin yayından "Liverpul"da çalışır.

Xəbər xətti