İstanbul derbisinin hakimləri açıqlandı

16:12 - 29 Fevral 2024

Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində keçiriləcək "Beşiktaş" - "Qalatasaray" matçının hakimləri açıqlanıb.

Sportal.az xəbər verir ki, İstanbul derbisini Halil Umut Meler idarə edəcək. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Ona yan xətt hakimləri Mustafa Emre Eyisoy və Kerem Ersoy kömək edəcək. Dördüncü hakim funksiyasını isə Bahattin Şimşek yerinə yetirəcək.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" qarşılaşması 3 mart tarixində, Bakı vaxtilə saat 20:00-da baş tutacaq.

Xəbər xətti