Şahruddin "Adana Demirspor"un start heyətində

17:35 - 4 Mart 2024

Türkiyə Super Liqasında 28-ci turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" doğma meydanda "Fatih Karagümrük"ü qəbul edir.

Komandaların matçda çıxacağı heyətlər müəyyənləşib. Şahruddin oyuna start heyətdə başlayacaq.

Qeyd edək ki, "Adana Demirspor" - "Fatih Karagümrük" qarşılaşması Bakı vaxtilə saat 18:00-da start götürəcək.

Xəbər xətti