"Mançester Yunayted" ten Haqı istefaya göndərə bilər

22:07 - 5 Mart 2024

"Mançester Yunayted"də Erik ten Haq dövrü başa çata bilər.

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi niderlandlı mütəxəssisin işindən narazıdır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Premyer Liqa klubu yayda baş məşqçini istefaya göndərməyi planlaşdırır.

Qeyd edək ki, Erik ten Haq 2022-ci ilin yayından "Mançester Yunayted"i çalışdırır.

Xəbər xətti