Azərbaycan millisindən imtina etdi, bu yığmaya dəvət olundu - FOTO

13:35 - 12 Mart 2024

AFFA-nın təklifindən imtina edən Qazaxıstanın "Jenis" klubunun üzvü Rauf Allahverdiyev seçimində qalıb.

Sportal.az xəbər verir ki, 17 yaşlı futbolçu Qazaxıstanın U-19 yığmasına dəvət olunub. O, bundan əvvəl həmin ölkənin U-17 yığmasında çıxış edirdi.

AFFA əslən azərbaycanlı olan futbolçunu yığmaya dəvət etmək istəsə də, Allahverdiyev seçimini dəyişməyəcəyini və Qazaxıstan üçün oynayacağını bildirmişdi.

Mirbağırağa

Xəbər xətti