Simeone iddialı danışdı: "İnter"dən qisas almağın vaxtıdır"

22:44 - 12 Mart 2024

"Atletiko" Çempionlar Liqası 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında "İnter"i qəbul edəcək.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone matçdan öncə iddialı danışıb. Argentinalı mütəxəssis "İnter"dən qisas alacaqlarını bildirib:

"Komandama inamım tamdır. "İnter" hazırda yaxşı formadadır. Amma bizim üçün artıq qisas vaxtıdır. Möhtəşəm oyun oynayacağımıza əminəm. Konkret fikirlərim var və başımıza nələr gəldiyini anlayıram. Səhv edən məğlub olacaq. Kim oyuna daha yaxşı köklənsə, o da qazanacaq. Meydanda yaxşı mübarizə olacaq".

Qeyd edək ki, "Atletiko" - "İnter" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da baş tutacaq. Komandalar arasında İtaliyada keçirilən ilk oyun "İnter"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti