İspaniya millisinin üzvü bu yığmaya dəvət edildi

11:34 - 14 Mart 2024

“Real”ın futbolçusu Brahim Diaz Mərakeş millisinə dəvət edilib.

Sportal.a xəbər verir ki, bir müddət əvvəl yarımmüdafiəçi İspaniya deyil, Mərakeş millisinin formasını geyinməyə razılıq vermişdi.

24 yaşlı futbolçu Mərakeşin heyətində Anqola və Mavritaniyaya qarşı keçiriləcək yoldaşlıq görüşlərində oynayacaq.

Diaz İspaniyada dünyaya gəlib, amma atası mərakeşli olduğu üçün Mərakeş millisində oynamaq icazəsi verilib. O, İspaniya yığmasında bir matç keçirib.

Xəbər xətti