Ramil Şeydayev oynadı, "Kocaelispor" heç-heçə etdi

16:34 - 7 Aprel 2024

Türkiyə 1-ci Liqasında 29-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" səfərdə "Çorum"un qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətdə başlayıb və 85-ci dəqiqədə əvəzlənib.

29 turdan sonra 49 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti