Emil Mustafayev qol vurdu, komandası qələbə qazandı

16:55 - 8 Aprel 2024

Futbol üzrə Ukrayna Premyer Liqasında 23-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Emil Mustafayevin formasını geyindiyi "Polesye" səfərdə "Minay"ın qonağı olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Emil Mustafayev də bu oyunun iştirakçısı olub. 22 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 59-cu dəqiqədə komandasının 3-cü qolunu vurub.

Xallarını 36-ya yüksəldən "Polesye" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti