"Beşiktaş" millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

13:48 - 20 Aprel 2024

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Berkay Vardarla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qara qartallar" 21 yaşlı dayaq yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, Berkay Vardar Azərbaycanın U-17 və U-19 komandalarının formasını geyinib.

Xəbər xətti