Şahruddinin komandasında gərginlik: Məşhur futbolçu qovuldu

16:33 - 20 Aprel 2024

Türkiyənin "Adana Demirspor" klubu Luis Nanini əsas komandadan kənarlaşdırıb.

Sportal.az xəbər verir ki, 37 yaşlı vinger "Samsunspor"la matçın heyətində yer almayıb. Bu barədə yerli mətbuat məlumat yayıb.

Portuqaliyalı ön xətt oyunçusu məşqçilər korpusunun və klub rəhbərliyinin qərarı ilə əsas komandadan qovulub.

Qeyd edək ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"da çıxış edir. "Mavi şimşəklər" bu gün Bakı vaxtilə saat 20:00-da səfərdə "Samsunspor"un qonağı olacaq.

Xəbər xətti