"Neftçi" Azərbaycan Kubokunun qalibi oldu

18:32 - 20 Aprel 2024

Bu gün "Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun final oyunu baş tutub.

Sportal.az xəbər verir ki, dolu tribunalar qarşısında keçirilən "Neftçi" - "Xəzri" oyununa "Xəzri" üstün başlayıb və hesabda 10 xal fərqi ilə üstünlük yaxalayıb.

Lakin sonradan geridönüş etməyi bacaran "Neftçi", yekunda 65-61 hesablı qələbə qazanaraq, kubokun sahibi olub. Finalın ən dəyərli oyunçusu (MVP) "Neftçi"dən Ulaş Turqut seçilib.

Ən məhsuldar basketbolçular: "Neftçi" (Ulaş Turqut - 15 xal, 8 ribaund), "Xəzri" (Cordan Perkins - 15 xal, 13 asist)

Xəbər xətti