"Adana Demirspor"un səfər sınağı: Şahruddin start heyətdə

19:25 - 20 Aprel 2024

Türkiyə Super Liqasında 33-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" səfərdə "Samsunspor"un qonağıdır.

Komandaların bu oyunda meydana çıxacağı heyətlər müəyyənləşib. Şahruddin matça ilk "11-lik"də başlayacaq.

Qeyd edək ki, "Samsunspor" - "Adana Demirspor" qarşılaşması Bakı vaxtilə saat 20:00-da başlayacaq.

Xəbər xətti