"Traktor" səfərdə məğlub oldu

20:40 - 20 Aprel 2024

Futbol üzrə İran çempionatında 24-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu səfərdə "Nassaji Mazandaran"ın qonağı olub. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

24 turdan sonra 40 xal toplayan "Traktor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Təbriz təmsilçisi lider "Esteqlal"dan 13 xal geri qalır.

Xəbər xətti