Millimizin üzvü oynadı, komandası uduzdu

22:22 - 23 Fevral 2025

Cənubi Koreya çempionatında 2-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası "Daejeon" da növbəti matçına çıxıb.

Antonun komandası evdə "Ulsan"la qarşılaşıb və 0:2 uduzub.

Millimizin üzvü bu matçda meydana start heyətində çıxıb və sona qədər oynayıb.

"Daejeon" hazırda 3 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti