"Neftçi"nin avrokuboklarda olmaması Azərbaycan futbolu üçün uğursuzluqdur"

16:22 - 1 İyun 2025

"Neftçi"nin avrokuboklarda olmaması Azərbaycan futbolu və klubun özü üçün uğursuzluqdur. “Neftçi” ölkənin ən önəmli klublarından biridir. Könül istərdi ki, Avropa Liqası, Konfrans Liqasında və ya Çempionlar Liqasında çıxış etsinlər. Onların avrokuboklarda olmaması mənfi haldır".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Neftçi”nin sabiq məşqçisi Mehmet Ak deyib. “Ağ-qaralar”ın heyətində Azərbaycan çempionluğunu qazanmış türkiyəli mütəxəssis bu klubun yeni mövsüm uğurlu olacağına inandığını bildirib:

"Neftçi" kimi klublarda uzunmüddətli planlaşdırma, struktur lazımdır. Əslində, "Neftçi"nin keçmişində bu cür quruluş və planlaşdırma olub. Vacib məsələ odur ki, ciddi enişlərdən dərs alaraq, yenidən yüksəlişə doğru hərəkət edəsən. Bilirsiz, bir baş məşqçinin uğuru da texniki heyət və bütün oyunçularla birlikdə, hər şeyi problemsiz idarə etməsi ilə bağlıdır. Tək baş məşqçi kimi hər şeyi etmək şansınız da olmur. Samir Abasov Azərbaycan futbolu üçün önəmli dəyərləndəndir. Perspektivli məşqçidir. Hər halda, dediyim kimi, vacib olan klub rəhbərliyinin məşqçiyə şans verməsidir. Ona və “Neftçi”yə uğurlar arzulayıram”.

Xəbər xətti