Millimizi finala yüksəldən qələbə - VİDEO

22:36 - 30 May 2025

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandası Monteneqro ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın 261 hesablı qələbəsi ilə başa çatıb.

Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finala yüksəlib. Millimizin həlledici matçdakı rəqibi Macarıstan - Serbiya cütünün qalibi olacaq.

Final oyunu 1 iyun tarixində keçiriləcək.

Dünya çempionatı, yarımfinal
30 may

20:00. Azərbaycan - Monteneqro - 2:1
Qollar: Ağaseyid Qasımov, 23. Ramiz Çovdarov, 44 - Nikola Radoniç, 30

Xəbər xətti