PSJ-nin futbolçusu Bredli Barkola keryerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, Premyer Liqadan 3 klub fransalı vingeri transfer etmək istəyir. Bu barədə "El Nacional" məlumat yayıb.
"Arsenal", "Nyukasl" və "Tottenhem" Brakolanın xidmətində maraqlıdır. Fransa klubu 22 yaşlı oyunçu üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, PSJ Bredli Barkolanı 2023-cü ilin yayında "Lion"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 57 rəsmi matçda 21 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi