Rusiyalı futbol mütəxəssisi, Vasili Berezutskinin ÇSKA klubundakı (Moskva) keçmiş məşqçisi Yuri Adjem Azərbaycan kubokunun finalında “Sabah”ın “Qarabağ”a qalib gəlməsini (3:2) şərh edib.
Sportal.az xəbər verir ki, “Чемпионат” nəşrinə danışan 72 yaşlı məşqçi Vasili Berezutski haqda müsbət fikirlər səsləndirib:
"Berezutskinin adına çox şadam. Onlar finalda "Qarabağ"la oynadılar. “Qarabağ” daim Çempionlar Liqasında iştirak edən möhkəm komandadır. Vasiliyə afərin düşür. Berezutski futbolçu kimi necə idisə, məşqçi kimi də elə oldu".
Xatırladaq ki, Berezutski ötən ilin noyabrından “Sabah”a rəhbərlik başçılıq edir.