"Ayaks" yeni baş məşqçisini açıqladı

15:30 - 31 May 2025

"Ayaks"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisini Con Heytinqa çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Ayaks" bir neçə gün öncə Françesko Farioli ilə yollarını ayırıb. Con Heytinqa isə "Liverpul"un baş məşqçisi Arne Slotun köməkçisi vəzifəsində çalışırdı.

Xəbər xətti