Konfrans Liqasında mövsümün ən yaxşısı açıqlandı

19:26 - 30 May 2025

UEFA Konfrans Liqasında 2024/2025 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Betis"in hücumameyilli yarımmüdafiəçisi İsko turnirin ən yaxşısı seçilib.Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

İskonun komandası finalda "Çelsi"yə 1:4 hesabı ilə məğlub olub. 33 yaşlı ispan vinger bu mövsüm Konfrans Liqasında meydana çıxdığı 9 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti