Millimiz İngiltərəni məğlub edərək yarımfinala belə yüksəldi - VİDEO

23:22 - 29 May 2025

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandası İngiltərə seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Elşad Quliyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamız yarımfinalda sabah Monteneqro ilə qarşılaşacaq.

Dünya çempionatı 1/4 final

29 may

20:30. İngiltərə - Azərbaycan - 1:2
Qollar:
Bham Mussa, 35 - Təmkin Xəlilzadə, 14. Fitsgerald Sem, 48 (öz qapısına)

Xəbər xətti