Futbol üzrə Azərbaycan 2-ci Liqasında pley-off görüşü baş tutub.
Sportal.az xəbər verir ki, həlledici oyunda 2-ci Liqada mövsümü 13-cü yerdə bitirən "Lerik"lə Region Liqasının finalında məğlub olan "Şirvan" qarşılaşıb. Matçın əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb.
Əlavə vaxtda daha bir qol vuran "Şirvan" 2-ci Liqaya vəsiqə qazanıb.
"Lerik" - "Şirvan" 2:3
Qollar: Z.Nuruzadə, 21, P.Ağazadə, 45 - N.İsayev, 45+2, E.Rəsulov, 90+7, E.Xəlilov, 95 (pen)