"Difai" I liqada qalmağı belə bacardı - VİDEO

22:29 - 28 May 2025

Azərbaycan Birinci Liqasına vəsiqə uğrunda "Difai" və "Hypers Guba" klubları arasında pley-off matçı keçirilib. 

Sportal.az xəbər verir ki, "ASCO Arena"da baş tutmuş görüşdə İkinci Liqa təmsilçisi "Hypers Guba" rəqibi ilə bacarmayıb.

"Difai" inamlı qələbə qazanaraq Birinci Liqadakı yerini qoruyub. 

"Difai" - "Hypers Guba" 3:1
Qollar: Xəyal Bədirov, 6, Ceyhun Muxtarlı, 51, Fərid Kərimzadə, 88 - İlqar Ələkbərov, 90+3

Xəbər xətti