"Araz-Naxçıvan" daha bir futbolçusunu komandada saxlamağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, söhbət Ülvi İsgəndərovdan gedir.
Baş məşqçi Elmar Baxşıyev 28 yaşlı futbolçunu yeni mövsümdə də sərəncamında görmək niyyətindədir.
Ona yeni müqavilə təklif edilib. “Araz-Naxçıvan”la müqavilə müddəti gələn ayın sonunda başa çatacaq İsgəndərov daha bir il bölgə kubunda qala bilər.