"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov minifutbol üzrə milli komandamızın dünya çempionatının 1/8 finalında Rumıniyanı məğlub etməsi canlı olaraq Milli Gimnastika Arenasından izləyib.
Sportal.az xəbər verir ki, görüşdən sonra Sadıqov yığma komandamızın 1/4 finala vəsiqə qazanmasını belə şərh edib:
"Çox həyəcanlı oyun keçdi. Möhtəşəm atmosfer, yüksək səviyyəli təşkilatçılıq. Həzz aldıq oyundan. Komandamız uduzsaydı da, biz onlarla qürur duyacaqdıq. Çünki qələbə üçün əllərindən gələni etdilər. Möhtəşəm dəstək var idi, azarkeşlərimiz super idi. Futbolçularımız da sona qədər mübarizə apardılar. Qarşılarında çox güclü kollektiv var idi. Rumıniya dünya çempionudur və bu, meydanda hiss olunurdu. Stressli, həyəcanlı oyun keçdi. Sevindirici haldır ki, favoritlərdən biri üzərində qələbə qazandıq. Minifutbol son illər Azərbaycanda sürətlə inkişaf edir, böyük diqqət ayrılır. Millimizin Avropa çempionu olması, “Birbaşa Bakı”nın Çempionlar Liqasını qazanması bu işlərin nəticəsidir. Necə deyərlər, gördükləri işlərin bəhrəsini görürlər. Çox istərdim ki, millimiz dünya çempionu olsun. Təbii ki, idmanda hər bir nəticə qeydə alına bilər. İstənilən halda biz qalibik. Bakıda bu səviyyədə dünya çempionatının keçirilməsi böyük uğurdur. Qonaqlar hamısı təşkilatçılığı xüsusi qeyd edirlər. Bu dünya çempionatı futbolumuz üçün təkandır”.
saytlarin hazirlanmasi