Bakıda Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının İclası keçirildi

17:58 - 27 May 2025

Bakıda Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının İclası keçirilib.

Sportal.az xəbər verir ki,  iclasda Dünya Minifutbol Federaslyasına üzv olan bütün ölkələrin nümayəndələri iştirak edib.

İclası açıq elan edən Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda gündəlik barədə məlumat verib. O, Bakı şəhərində keçirilən minifutbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Mundialın gözlənildiyindən də yaxşı səviyyədə keçirilməsinə görə ölkə rəhbərliyinə və Azərbaycan Minifutbol Federasiyasına minnətdarlığını çatdıran təşkilat rəsmisi bundan sonra beynəlxalq yarışlara ev sahibi etmək istəyən ölkələrə Azərbaycanı nümünə kimi göstərəcəklərini ifadə edib.

Qeyd edək ki, Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının İclasında minifutbolla bağlı bir sıra mühüm məsələlərin müzakirəsi aparılaraq bu idman növünün inkişafı üçün vacib qərarlar qəbul edilib. Tədbirdə həmçinin 2024-cü ilin yekunları, təşkilata yeni üzv ölkələrin qəbulu və minifutbolun gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər xətti