"Neftçi" və "Sabah"ın futbolçularının cəzası açıqlandı

15:18 - 27 May 2025

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasında mövsümün sonun turunun oyunları ilə  bağlı aşağıdakı qərarlar qəbul olunub:

24.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXVI turun “Sabah” – “Neftçi” oyununun 50-ci dəqiqəsində “Sabah” klubunun 4 nömrəli futbolçusu Sofian Çakla ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Sabah” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);

24.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXVI turun “Sabah” – “Neftçi” oyununun 76-cı dəqiqəsində “Neftçi” klubunun 14 nömrəli futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Neftçi” klubu 1000 manat cərimə edilsin (maddə 41);

25.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXVI turun “Turan Tovuz” – “Kəpəz” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

Xəbər xətti