"Turan Tovuz"un yarımmüdafiəçisi Ayxan Quseynov Sportal.az saytına açıqlama verib.
Qərb təmsilçisinin üzvü komandasının Misli Premyer Liqasında 36-cı turda "Kəpəz"lə görüşdəki 4:0 hesablı qələbəsini şərh edib:
"Çalışırdıq ki, mövsümün son matçında azarkeşlərimizi sevindirək. İlin ilk oyununda "Kəpəz"ə 2:5 uduzmağımız bizə daha çox motivasiya verirdi ki,bu görüşdə yaxşı oyun göstərək. Şükür Allaha, hər şey yaxşı alındı, qalib gəldik və əhval-ruhiyyəmiz də yaxşıdır. Mövsümün sonudur, yorğunçuluq da var. Çalışırdıq ki, birinci hissədəki 4 qolun davamını ikinci hissədə gətirək. Epizodlarımız yenə də oldu. Öz qapımızda da qol görmədik".
Quseynov, 2024/2025 mövsümünün "Turan Tovuz" üçün uğurlu alındığını bildirib: "Mövsüm "Turan Tovuz" üçün uğurlu alındı. İki il idi ki, altıncı pilləni tuturduq. Allah qoysa, "Qarabağ" ölkə kubokunun finalında qalib gəlsə, biz Konfrans Liqasına yollanacağıq. Bu, bizim üçün uğurlu sezon sayıla bilər. Əlbəttə ki, hər komanda daha yaxşı nəticə istəyir. Bizim də şansımız var idi ki, 2-ci və ya 3-cü pilləni tutaq. Amma pis çıxışlarımız da olur. Allah qoysa, artıracağıq".
saytlarin hazirlanmasi