I Liqada pley-offun nominal meydan sahibi müəyyənləşdi

12:55 - 26 May 2025

Azərbaycan I Liqasında pley-offun nominal meydan sahibi müəyyənləşib.

Sportal.az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə keçirilən mərasimdə PFL-in, “Difai” və “Hypers Guba” klublarının nümayəndələri iştirak ediblər.PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Difai” klubun prezidenti Asəf Məlikov, “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayev ilə təmsil olunub. Püşkatmaya əsasən “Difai” nominal meydan sahibi olub.

Qeyd edək ki, I Liqa uğrunda pley-off qarşılaşması mayın 28-də “ASCO Arena”da keçiriləcək. Matç saat 16:00-da start götürəcək.

Xəbər xətti