“Zirə” və “Araz-Naxçıvan”ın Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki daha 10 potensial rəqibi bəlli olub.
Sportal.az xəbər verir ki, hər iki təmsilçimiz püşkatmada səpələnmişlər sırasında yer alacaq. Əvvəllər məlum olan potensial rəqiblər sırasına aşağıdakı klublar əlavə edilib: “AZ Alkmaar”(Niderland), “Sparta” (Praqa, Çexiya), “Başakşehir” (Türkiyə), “Yagelloniya” (Polşa), “Hayduk”(Split, Xorvatiya), “DAK 1904” (Slovakiya), “Rakov” (Polşa), “Austriya” (Avstriya), “Dandi Yunayted”(Şotlandiya), “Vaduts”(Lixtenşteyn).
Beləliklə, 44 mümkün rəqibdən hazırda 21-i bəllidir: “AZ Alkmaar”(Niderland), “Sparta” (Praqa, Çexiya), “Başakşehir” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa-Klara” (Portuqaliya), “Astana”(Qazaxıstan), “Riqa”(Latviya), “Maribor”(Sloveniya), AEK (Yunanıstan), “Balkani” (Kosovo), “DAK 1904” (Slovakiya), “Rakov” (Polşa), “Rosenborq” (Norveç), “Vikinq” (Norveç), “Aris” (Yunanıstan), “Austriya” (Avstriya), “Vaduts”(Lixtenşteyn) və “Dandi Yunayted” (Şotlandiya). Turun 24 iştirakçısı üçün səbətlər də qeyri-müəyyən olaraq qalır.
İkinci turun püşkatma mərasimi iyunun 18-də keçiriləcək.
Onu da qeyd edək ki, “Zirə” yeni mövsümə Konfrans Liqasında deyil, Avropa Liqasının I təsnifat mərhələsində başlaya bilər. Belə ki, “Qarabağ” ölkə kubokunun finalında “Sabah”a qalib gəlsə, Rəşad Sadıqovun komandası Avropa Liqasına yollanacaq. Hazırda isə “Zirə” KL-də təsnifatının 2-ci mərhələsindədir.
saytlarin hazirlanmasi