Türkiyə Super Liqasında 37-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, günün son matçında "Fənərbaxça" səfərdə autsayder "Hatayspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Fənərbaxça" bu mövsümü 2-ci pillədə yekunlaşdırıb. Əvvəlki turlarda aşağı liqaya düşəcəyi dəqiqləşən "Hatayspor" isə 26 xalla 18-ci pillədə yer alıb.
Türkiyə Super Liqası
37-ciI tur
“Hatayspor” - “Fənərbaxça” - 4:2
Qollar: E.Çetin,44(ö.q), B.Boutobba,53, G.Sağlam,63, J.Okorogbo,66, - Y.En-Nesiri,27, İ.Kahveci,90+4
saytlarin hazirlanmasi